Brend markalı neftin qiyməti 8 aydan sonra 81 dolları keçdi
Yaxın Şərqdə gərginliyin artması fonunda Brent markalı neftin qiyməti ICE birjasında 81 dollar həddini ötüb.
Qerbxeber.com xəbər verir ki, ticarət məlumatlarına əsasən, həftənin əvvəlində Brent neftinin fyuçersləri 12,2% bahalaşıb.
Məlumata görə, neftin qiyməti 81,79 dollar (+12,24%) səviyyəsində ticarət olunub. Bu, 23 iyun 2025-ci ildən bəri ilk belə göstəricidir.
Saat 02:16-da isə artım tempi bir qədər zəifləyib və qiymət 79,4 dollar (+9,02%) olub.




