Dünya

“SEPAH”intiqam hücumuna başladı

1 mart / 10:19 1 dəq
Ballistik raket
1 mart / 10:19
Burada sizin reklamınız ola bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) altıncı hücum dalğası ilə ABŞ və İsrailin bölgədəki onlarla hədəfinə hücum edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında bildirilib.

Məlumata görə, hücum zamanı raketlər və dronlardan istifadə edilib.

“Hücuma məruz qalan hədəflər arasında ABŞ-ın bölgədəki 27 bazası, eləcə də İsrail Ordusunun ümumi komandanlığının qərargahı olan Tel Nof bazası və Tel-Əvivdəki böyük müdafiə sənayesi kompleksi var idi”, – açıqlamada bildirilib.

Xatırladaq ki, SEPAH Xameneinin öldürülməsinə cavab olaraq indiyə qədərki ən güclü hücum əməliyyatı elan edib.

Paylaş
Burada sizin reklamınız ola bilər