İdmandan Hərəkətə — Bədənin Dəyişiminin Ən Təbii Forması-Elnur Nemətovun tövsiyyəsi
Arıqlamaq deyəndə ağlımıza ilk gələn şeylərdən biri də idman zalı, trenajorlar, ağır məşqlər və yorğun bədən olur. Bu düşüncə bizi hələ başlamadan qorxudur. “Görəsən bacararam?” — sualı da əslində bədənin deyil, beynin yorulma qorxusundan doğur.
İdmanla heç vaxt məşğul olmayan birisi üçün bu, sanki kabus kimidir. Ona görə unutmamalıyıq: bədən məcburiyyəti deyil, hərəkəti sevir.
Çox eşidirik: “İdman eləməsən, arıqlaya bilməzsən.”
Əslində isə arıqlamaq idmanla deyil, hərəkətli düşüncə ilə başlayır.
Bədəni tərpətmək üçün mütləq idman zalı, xüsusi geyim və ya avadanlıq lazım deyil. Sadəcə hərəkəti həyatın bir hissəsinə çevirmək kifayətdir.
Bəs İdmanla Hərəkətin fərqi nədir?
Buna bir az izah verək:
İdman — planlı, vaxtla və məqsədlə edilən fiziki fəaliyyətdir.
Hərəkət isə — həyat tərzidir. O, düşüncənin və seçimin nəticəsidir.
Yəni idman gündə 1–2 saat davam edə bilər. Lap olsun 3 saat.
Amma hərəkət —bəzən bütün günə, 15–16 saata yayıla bilər.
Yaxşı bəs, haradan başlamaq məsləhətdir?Bunun üçün sadəcə sadə vərdişlər yaratmaq lazımdır. Məsələn:Lift yerinə pilləkənlərdən qalxmaq (oynaqlar buna imkan verirsə)Qısa məsafələrə nəqliyyatla getmək yerinə piyada bir neçə dəqiqəlik gəzintiTelevizor qarşısında uzun müddət oturmaq yerinə yüngül dartınmalar və s.Bizə xırda görünən bu kimi kiçik qərarlar bədəndə böyük dəyişikliklər yarada bilər.Çünki sadə hərəkətlər də arıqladır.Unutmayaq ki, bədənimiz “məşq üçün” deyil, hərəkət üçün yaradılıb.Uzun müddət hərəkətsiz qalanda maddələr mübadiləsi yavaşlayır, əzələlər zəifləyir, limfa axını dayanır, orqanlar tənbəlləşir.Ən pisi isə — bədənin beyinə belə bir siqnal göndərməsidir:
“Mən artıq enerji sərf etmirəm, ehtiyatı yığmaq lazımdır.”
Bu zaman bədən “fövqəladə hal” rejiminə keçir və artıq piyləri yandırmaq əvəzinə onları qorumağa başlayır.
Amma gündəlik aktivlik — hətta 20–30 dəqiqəlik yürüş olsa belə bu sistemi yenidən işə salır.
Bədən xeyirli siqnal verir:
“Hərəkət var, enerji sərf olunur — artıq piylər yandırıla bilər.”
Deməli, arıqlamaq və formanı qorumaq üçün heç də zal vacib deyil.
Sadəcə hərəkəti həyat prinsipi kimi qəbul etmək kifayətdir.
İrad oluna bilər:
“Şərait buna imkan vermir axı, bəs nə edək?”
Bunlar özümüzə təlqin etdiyimiz bəhanələrdən başqa bir şey deyil.
Sadə prinsiplərə əməl etsək, çox şeyi tez bir zamanda vərdişə çevirə bilərik.
Məsələn:Hər 1 saatdan bir 3–4 dəqiqə tərpənmək (bədəni istənilən formada hərəkətə gətirmək).Və ya işdə masa arxasından qalxmaq, bədəni dartmaq, nəfəs hərəkətləri və s.Hər gün ən azı 20–30 dəqiqə templə yürüş etmək.Evdə musiqi ilə azca hərəkət və ya rəqs etmək — bu, həm beyinə, həm də hormonlara təsir edir.Səhər və axşam bədəni oyandıran 5–10 dəqiqəlik dartınma və isinmə vərdişi yaratmaq.
Bax, bu sadə addımların məqsədi — hərəkəti həyat fəlsəfəsinə çevirmək, “hərəkət düşüncəsi” formalaşdırmaqdır.
Bəs hərəkət düşüncəsi nəyi dəyişir?Bədən hərəkət düşüncəsinə keçəndə sadəcə dəyişmir — həm də daxili enerjimiz artır.
Artıq idman bizə məcburiyyət, yorğunluq kimi görünmür.
Əksinə, özümüzə diqqət kimi hiss olunur.
Bu zaman arıqlamaq təkcə fiziki deyil, emosional yüngülləşmə prosesinə çevrilir.
Çünki arıqlamaq — yalnız bədəni incəltmək deyil, həm də bədəni hərəkətlə diriltməkdir.
Nəticə:Hərəkət — bədənin, ruhun və ağlın balans nöqtəsidir.O, ömürlük həyat tərzidir.
İdman isə sadəcə 1–2 saatlıq qərardır.
Əgər bədənimizi dəyişmək istəyiriksə, məşq proqramı qurmaqdansa, düşüncəmizi dəyişib:
“Mən hərəkət edən insanam.”
deməliyik.
Və elə həmin andan etibarən bədən bizim tərəfimizə keçib arıqlamağa başlayacaq — sağlam, səssiz, təbii, davamlı şəkildə.
Hörmətlə: Sağlam həyat üzrə motivator, peşəkar idmançı E.Nemətov




