Türkiyə millisi Bolqarıstanı darmadağın etdi
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun keçirilib.
Qerbxeber.com xəbər verir ki, E qrupunda yer alan Türkiyə millisi səfərdə Bolqarıstanı darmadağın edib – 6:1.
Matçda hesabı 11-ci dəqiqədə Arda Gülər açıb, cəmi iki dəqiqə sonra isə Radoslav Kirilov bərabərlik qolunu vurub.
49-cu dəqiqədə bolqarların müdafiəçisi Viktor Popov avtoqol müəllifi olub. “Ay-ulduzlu” komandanın digər qollarını isə Kənan Yıldız (51, 56), Zeki Çelik (65) və İrfan Can Kahveci (90+3) vurub.
Eyni qrupun digər görüşündə İspaniya doğma meydanında Gürcüstanı 2:0 hesabı ilə üstələyib.
DÇ-2026
Seçmə mərhələ
11 oktyabr
E qrupu
22:45 Bolqarıstan – Türkiyə 1:6
22:45 İspaniya – Gürcüstan 2:0
Xal durumu: İspaniya – 9, Türkiyə – 6, Gürcüstan – 3, Bolqarıstan – 0.
F qrupu
20:00 Macarıstan – Ermənistan 2:0
22:45 Portuqaliya – İrlandiya 1:0
Xal durumu: Portuqaliya – 9, Macarıstan – 4, Ermənistan – 3, İrlandiya – 1.
I qrupu
20:00 Norveç – İsrail 5:0
22:45 Estoniya – İtaliya 1:3
Xal durumu: Norveç – 18, İtaliya – 12, İsrail – 9, Estoniya – 3, Moldova – 0.
K qrupu
17:00 Latviya – Andorra 2:2
22:45 Serbiya – Albaniya 0:1
Xal durumu: İngiltərə – 15, Albaniya – 11, Serbiya – 7, Latviya – 5, Andorra – 1.




