Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

ISW: Rusiya Ukraynadan sonra NATO ilə savaşacaq

12 oktyabr / 11:07 2 dəq
Rusiya nato
12 oktyabr / 11:07
Burada sizin reklamınız ola bilər

Rusiya T-90 tanklarının istehsalını və müharibədən əvvəlki ehtiyatların bərpasını sürətləndirir.

Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf.az  ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatına əsasən xəbər yayıb.

Bildirilir ki, “Uralvaqonzavod” zavodu 2028-ci ilə qədər T-90 istehsalını 2024-cü illə müqayisədə 80 faiz artırmağı və yeni T-90M2 modelinin buraxılışına başlamağı planlaşdırır.

“Frontelligence Insight”ın yayımladığı sənədlərə əsasən, Rusiya 2026–2036-cı illərdə 2000-dən çox T-90M, T-90M2 və T-72B3M tankını modernləşdirməklə gələcək genişmiqyaslı müharibəyə hazırlaşır. Analitiklər bildirirlər ki, Moskva tankların döyüşdə istifadəsini azaldaraq ehtiyat toplayır və onları həm Ukraynada, həm də NATO ilə mümkün qarşıdurma üçün modernləşdirir.

ISW xəbərdarlıq edir ki, Rusiya tam hərbi bərpa mərhələsini gözləmədən, 2036-cı ildən əvvəl də NATO üçün ciddi təhlükə yarada bilər. Ekspertlərin fikrincə, Rusiya Ukrayna müharibəsindən sonra qısa müddətdə döyüş potensialını bərpa edərək qüvvələrini NATO-nun şərq cinahına yönləndirə bilər.

Qeyd olunur ki, Rusiya eyni zamanda tanklardan az asılı olan, lakin düşmənin zirehli texnikasından istifadə imkanlarını məhdudlaşdıran yeni döyüş taktikaları hazırlayır.

ISW-nin əvvəlki hesabatında isə Moskvanın “0-cı Faza” adlanan mərhələyə – NATO ilə mümkün müharibəyə hazırlığın ilkin mərhələsinə keçdiyi qeyd olunub. “Financial Times” yazır ki, NATO buna cavab olaraq sərhədlər boyunca silahlı dronların yerləşdirilməsini və rus təyyarələrinə qarşı atəş açmaq səlahiyyətlərinin genişləndirilməsini müzakirə edir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı