Dünya

Baş nazir: Gürcüstan ABŞ ilə münasibətləri “təmiz səhifə”dən bərpa etmək niyyətindədir

11 oktyabr / 20:36 1 dəq
Kobaxidze
11 oktyabr / 20:36
Burada sizin reklamınız ola bilər
Hökumət ABŞ ilə münasibətləri “təmiz səhifə”dən və konkret “yol xəritəsi” əsasında bərpa etmək niyyətindədir.

Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir “Dost Aktı”na da toxunaraq qeyd edib ki, proses məhz bu şəkildə həyata keçirilməlidir:

Biz ABŞ ilə münasibətləri ‘təmiz səhifə’dən və konkret ‘yol xəritəsi’ ilə bərpa etmək niyyətimizi açıq şəkildə bəyan etmişik. Əsas məsələ odur ki, bu istiqamətdə real və səmərəli addımlar atılsın. Belə yanaşma münasibətlərin yenidən başlanmasına xidmət edir. Biz səbirlə Amerika tərəfinin mövqeyini gözləyəcəyik”.

Paylaş
Burada sizin reklamınız ola bilər