Ukrayna 1400 km uzaqda yerləşən Neft emalı zavodunu vurdu
Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları (PUA) Ukraynadan 1400 kilometr məsafədə yerləşən Ufa şəhərindəki (Başqırdıstan Respublikası) “Başneft-UNPZ” neft emalı zavoduna zərbə endirib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Axar.az “İnterfaks-Ukrayna” xüsusi xidmətdəki mənbəyə istinadən məlumat yayıb.
“Bu, son bir ay ərzində Ukrayna Təhlükəsizlik Xidmətinin Başqırdıstanda – Ukraynadan 1 400 kilometr məsafədə – üçüncü zərbəsidir. Ukrayna Təhlükəsizlik Xidməti istənilən obyektə çata bilər”, – mənbə bildirib.
Qeyd edək ki, Ufa şəhəri Rusiyanın ən böyük neft emalı mərkəzlərindən biridir və Rusiya Silahlı Qüvvələrini yanacaq, eyni zamanda yanacaq-sürtkü materialları ilə təmin edir.




