Rusiya Dnepropetrovsk vilayətinə zərbə endirdi
Rusiya Dnepropetrovsk vilayətinə raket və dronlarla genişmiqyaslı hücum həyata keçirib.
Qerbxeber.com bildirir ki, bu barədə Axar.az vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısakın məlumatına əsasən xəbər yayıb.
“Dnepro, Kamianske və Krivoy Roq hissələrində partlayış səsləri eşidilib. Enerji infrastrukturu hücuma məruz qalıb. Yanğınlar başlayıb, nəticələrlə bağlı məlumatlar dəqiqləşdirilir. 66 yaşlı bir kişi xəsarət alıb və orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vilayət üzərində 60 dronun vurulduğu bildirilib”, – Lısak qeyd edib.




