İsrail və Həmas arasında danışıqlar başladı
Misirin Şarm əş-Şeyx şəhərində İsrail və HƏMAS arasında danışıqlar başlayıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Axar.az “Bild” nəşrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, danışıqlar ABŞ və Misirin vasitəçiliyi ilə keçirilir.
Məlumata görə, razılaşma əldə edildikdən sonra 72 saat ərzində 20 sağ qalan girov təhvil verilə bilər, həlak olanların meyitlərinin təhvil verilməsi prosesi isə daha çox vaxt aparacaq.




