Krımda neft bazası və aeroport Ukrayna tərəfindən vuruldu
Krımda “Saki” aerodromu və Feodosiya şəhərindəki neft bazası dron hücumuna məruz qalıb.
Qerbxeber.com bildirir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.
Məlumata görə, Novofedorovkada yerləşən “Saki” aerodromu ərazisində partlayış səsləri eşidilib. Ardınca bölgədə hava hücumundan müdafiə sistemlərinin işlədiyi bildirilib.
Təxminən bir saat sonra Feodosiyadakı neft bazası vurulub.



