Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Fridrex Merts: Avropada dron təxribatlarını Rusiyanın törətdiyi istisna deyil

6 oktyabr / 10:19 2 dəq
Mertz
6 oktyabr / 10:19
Burada sizin reklamınız ola bilər

Almaniya Kansleri Fridrix Merts son həftələrdə Avropanın bir sıra hava limanlarının üzərində müşahidə edilən və hava nəqliyyatında ciddi fasilələrə səbəb olan çoxsaylı dron uçuşlarının arxasında Rusiyanın dayandığını istisna etmir.

Qerbxeber.com bildirir ki, bu barədə AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər yayıb.

Kansler ARD telekanalında yayımlanan bir proqramda bu barədə deyib: “Bizim ehtimalımıza görə, bu dron uçuşlarının əksəriyyətinin arxasında Rusiya dayanır”. Kansler dronlara qarşı mübarizənin hazırda polis orqanlarının səlahiyyətinə daxil olduğunu, lakin polisin bu sahədə kifayət qədər texniki imkanlara malik olmadığını qeyd edib. O, hava təhlükəsizliyi qanununun yenidən nəzərdən keçiriləcəyini və dronlara qarşı mübarizədə Bundesverin səlahiyyətinin aydın müəyyən ediləcəyini vurğulayıb.

F.Merts bu hadisələrin kəşfiyyat xarakterli olduğunu, eyni zamanda, ictimai narahatlıq yaratmaq məqsədi güddüyünü qeyd edib. Bəzi hallarda fərdi şəxslər tərəfindən buraxılan dronların da müşahidə edildiyini vurğulayan Kansler hava limanlarının yaxınlığında bu cür uçuşların qanunla qadağan olduğunu deyib.

Bavariya əyalətinin Baş naziri Markus Zöder də dron məsələsində Kansler kimi düşünür. O, ARD-nin başqa bir proqramında Münxen aeroportunda baş verən oxşar hadisələrlə bağlı danışarkən bildirib: “Tam şəkildə təsdiqləyə bilməsəm də, inanıram ki, son dron hadisələrinin Rusiya ilə əlaqəsi var. Bu, hibrid müharibənin bir formasıdır, məqsəd bizi gərginləşdirmək və qorxu yaratmaqdır”.

Bavariya hökuməti də bu həftə dron əleyhinə qanun layihəsini təqdim etməyi planlaşdırır. Gələcəkdə Bavariya polisinə də qanunsuz dronları vurmaq səlahiyyətinin verilməsi nəzərdə tutulur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı