Etirazçılar Tbilisidə Gürcüstan parlamentinin yaxınlığındakı Rustaveli prospektini bağlayıblar.

Oktyabrın 5-də müxalifət tərəfdarlarının çağırışı ilə minə yaxın sakin Gürcüstan parlamenti yaxınlığında toplaşıb. Etirazçılar ölkənin, eləcə də Avropa İttifaqının və Ukraynanın bayraqlarını dalğalandırıblar .

Aksiya başlayandan bir saat sonra onlar Rustaveli prospektinə çatıb və nəqliyyatın hərəkətini dayandırıblar.

Oktyabrın 4-də Gürcüstanda yerli seçkilər keçirilib. Vətəndaşlar şəhər və bələdiyyə merlərini və şəhər şurasının üzvlərini seçiblər.