Hadisə

Bu gün Cəbrayılın işğaldan azad olunmasından 5 il keçir

4 oktyabr / 00:55 2 dəq
Cəbrayıl
4 oktyabr / 00:55
Burada sizin reklamınız ola bilər

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 5 il ötür

Qerbxeber.com xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.

Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin – Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi təsis edilib.

Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər