Zelenski Putinə səsləndi: Müharibədən diplomatik yola keçə bilərik
“Rusiya Ukraynada müharibə ilə yeni sərhədlər çəkə bilməyəcək”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı müharibəni dayandırmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə diplomatik danışıqlara hazır olduğunu da bildirib.
“Bizim sərhədlərimiz Konstitusiyamızda müəyyən edilib. Ukraynanın bütün dünya ölkələri və beynəlxalq hüquq tərəfindən tanınan sərhədləri hamıya məlumdur. O ki qaldı təmas xəttinə – hərbi əməliyyatların davam etdiyi cəbhəyə, buradan diplomatik yola keçə bilərik”, – Zelenski qeyd edib.
O vurğulayıb ki, bu, liderlərin atəşkəs haqqında razılığa gələ biləcəyi və komandaların müharibəni bitirmək üçün plan üzərində işə başlaya biləcəyi xətdir.
“Rusiya artıq Ukraynada yeni sərhədlər çəkməyəcək”, – dövlət başçısı əlavə edib.




