Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Gəncədə dezinfeksiya işləri aparılır

23 mart / 13:28 2 dəq
Gence dezinfeksiya 230320
23 mart / 13:28
Burada sizin reklamınız ola bilər

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işlərinə başlanılıb. Dezinfeksiya işləri şəhərdə iki istiqamət üzrə Kəpəz və Nizami rayonlarının ərazisində aparılır.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini İlqar Əsədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə də müvafiq tədbirlər görülür:

“Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır. Bu işlər gündəlik olaraq həyata keçirilir. Dezinfeksiya işlər şəhərin küçə və prospektlərini, yaşayış massivlərini, park və xiyabanları əhatə edəcək.

Səhər saatlarından başlayaraq şəhərin küçə və prospektləri xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiya edici məhlullarla yuyulub. Bununla yanaşı şəhərdə olan çoxmənzilli binalarda dezinfeksiya işləri aparılıb. İşlər xüsusi ayrılmış briqada tərəfindən 4 istiqamətdə həyata keçirilib. İşlərə Gəncə Şəhər MKTİB-in onlarla texnika və yüzə yaxın canlı qüvvəsi cəlb edilib”.

Qeyd edək ki, gün ərzində Gəncənin Heydər Əliyev, Atatürk və Şah İsmayıl Xətai prospektlərindəki, habelə Cavad xan, Həsən Əliyev, Bahəddin, Keçid, Azərbaycan Bayrağı, Şeyxzamanov, Şahlar Hüseynov, Dədə Qorqud və digər küçələrdə dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub. Binaların girişləri, bloklar, liftlər xüsusi məhsulla dezinfeksiya edilir. Dezinfeksiya işləri şəhərdəki bütün çoxmənzilli binaları əhatə edəcək. İşlər mütəmadi olaraq davam etdiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı