“Qalatasaray”dan ardıcıl 7 ci qələbə
Türkiyə Super Liqasında VII tura start verilib.
Qerbxeber.com xəbər verir ki, lider “Qalatasaray” “Alanyaspor”un qonağı olub.
Görüş “sarı-qırmızılılar”ın üstünlüyü ilə keçib. Hesab ilk yarıda açılıb. Mauro İkardi fərqlənib. Bu qol matçda yeganə olub – 1:0.
Bununla da, “Qalatasaray” yerli çempionatda ardıcıl 7-ci qələbəsini qazanıb. Komanda liderliyini davam etdirir.




