Dünya

Zelenski: Krımda dəqiq zərbə ilə rus işğalçılarının logistikasını sıradan çıxarırıq

24 sentyabr / 23:01 1 dəq
Zelenski
24 sentyabr / 23:01
Burada sizin reklamınız ola bilər

“Ukraynanın uzaqmənzilli dronları işğal olunmuş Krımda rus işğalçılarına dəqiq zərbələr endirir və logistikanı sıradan çıxarır”.

Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda keçirilən Krım Platformasının sammitində deyib.

Zelenski qeyd edib ki, Ukraynanın zərbələrinin məqsədi Rusiyanın Krımı böyük hərbi bazaya çevirməsinin qarşısını almaqdır: “Biz bunu xalqımızın həyatını qorumaq üçün edirik. Bizim uzaqmənzilli pilotsuz uçuş aparatlarımız dəqiq zərbələr endirir və Rusiya logistikasına təzyiqimiz öz nəticəsini verir”.

Sentyabrın 23-nə keçən gecə Ukrayna ordusu işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurub.

Paylaş
Burada sizin reklamınız ola bilər