Dünya

Zelenski Ukrayna-Rusiya danışıqları üçün Qazaxıstanı təklif edib

24 sentyabr / 20:36 2 dəq
Zelenski unufirmda
24 sentyabr / 20:36
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Moskva ilə danışıqları Qazaxıstanda keçirməyi təklif edib.

Qerbxeber.comxəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Rusiya ilə dövlət başçıları səviyyəsində görüş üçün bir neçə məkan təklif edib. Siyahıya Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, habelə Avropadakı neytral ölkələr (Avstriya və İsveçrə) daxil olub. Lakin Zelenski Kremlin görüşün təşkili prosesini bilərəkdən uzatdığını iddia edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə ölkəsinin danışıqlara ev sahibliyi edə biləcəyini, lakin vasitəçi rolunu üzərinə götürməyəcəyini bəyan edib. O, sülh sazişi gözləntilərini davam edən döyüşlər fonunda “reallıqdan uzaq” adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov Zelenskinin açıqlamasına münasibət bildirərək, Kiyevin əvvəlcə Moskva üçün qəbuledilməz variantları (Avstriya və İsveçrəni) təklif etdiyini, yalnız bundan sonra Qazaxıstanı gündəmə gətirdiyini deyib. O, Putinin görüşə açıq olduğunu, lakin hazırlıqsız keçiriləcək tədbirin sadəcə “piar aksiyası” olub uğursuzluğa düçar olacağını bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər