Dünya

Medvedyev : Tramp “tam başqa reallıq”da yaşayır

24 sentyabr / 14:00 2 dəq
Dmitri medvedev
24 sentyabr / 14:00
Burada sizin reklamınız ola bilər

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına sərt cavab verib.

Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, Medvedev Trampın Rusiyanın zəiflədiyi və Ukraynanın qələbə qazana biləcəyi ilə bağlı fikirlərinə cavabında Amerika liderinin “tam başqa reallıq”da yaşadığını bildirib.

“Tramp növbəti dəfə alternativ reallıqda peyda olub və Rusiyanın nə qədər zəif olmasından danışır. Onun (əsl reallığa) qayıdacağına şübhəm yoxdur. O, həmişə qayıdır. Yəqin bir neçə gündən sonra bağışladığı Maskla birlikdə Marsa “uçacaq”. Yaxud da Nobel mükafatına iddialı olmağa imkan verəcək başqa “vacib iş” görəcək”, – o deyib.

Rusiya rəsmisi istehza ilə qeyd edib ki, Trampın “alternativ reallığı”nda Ukrayna artıq öz “keçmiş sərhədlərini” (Rusiya tərəfindən işğal edilmiş ərazilərini qaytarıb – red.) bərpa edib, Rusiya iqtisadiyyatı çöküb, Ukrayna iqtisadiyyatı isə öz resursları hesabına böyüyür.

Paylaş
Burada sizin reklamınız ola bilər