Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Marneulidə yeniyetmə satıcıya fiziki zorakılıq edən Mamuka Qiqani saxlanılıb

22 sentyabr / 11:02 2 dəq
Marneuli şirniyyat evi
22 sentyabr / 11:02
Burada sizin reklamınız ola bilər
 Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, 1998-ci il təvəllüdlü Mamuka Qiqaninı azyaşlıya qarşı zorakılıq ittihamı ilə saxlayıblar.

Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat verib.

Bildirilib ki, cinayət əməli 2 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Marneulidə yerləşən şirniyyat mağazalarından birində mübahisə zəminində mağazanın Azərbaycan türkcəsində danışan əməkdaşına fiziki zorakılıq göstərib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları M.Q.-nı baş verən hadisədən az sonra təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq azyaşlıya qarşı zorakılıq faktı üzrə Gürcüstan CM-in 126-cı prim maddəsinin birinci hissəsinin “a” bəndi ilə aparılır” , – məlumatda deyilir.

Qeyd edək ki, yayılan məlumatlara görə, Marneuli Bələdiyyə Məclisi sədrinin müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqani “Melody” şirniyyat evində satıcıdan gürcü dilində danışmağı tələb edib. Lakin sarıcı gürcü dilini bilmədiyinə görə Mamuka Qiqani ona şillə vurub. Bu zaman ətrafdakılarla onun arasında qarşıdurma yaşanıb. Hadisələrə Marneuli Bələdiyyə Məclisi əməkdaşı Tornike Mtvarelidze daxil olub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı