Çin ilə Polşa saziş imzaladı, Avropa Birliyi narazı qaldı
Polşa və Çin faydalı qazıntıların hasilatı, elektromobil istehsalı və ixrac nəzarətini əhatə edən ticarət sazişi imzalayıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Axar.az “Sohu” -ya istinadən məlumat yayıb.
Məlumata görə, Polşanın Belarus sərhədində dəmiryolu keçidlərini bağlaması Çindən Avropaya yük daşımalarını çətinləşdirib. Daha sonra Çin XİN rəhbəri Van Yi Polşanın xarici işlər naziri Radoslav Sikorski və Prezident Karol Narotski ilə görüşərək sazişi yekunlaşdırıb. Razılaşma Pekinə yeni nəqliyyat dəhlizi, Varşavaya isə sənaye dəstəyi qazandırıb.
Avropa Birliyi Polşanın “ümumi qaydalardan kənara çıxdığını” və “xüsusi üstünlüklər” əldə etdiyini bildirərək narahatlıq ifadə edib.




