Qazax Dövlət Dram Teatrı “Pusquda” tamaşası ilə yeni mövsümə start verdi
Qazax Dövlət Dram Teatrı sentyabrın 20-də “Pusquda” tamaşası ilə 88-ci mövsümə start verib.
Ağalıq sistemini özünəməxsus şəkildə tənqid edən səhnə əsəri qazaxlı və ətraf rayonlardan olan tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansları alqışlarla müşayiət olunub.
Qerbxeber.com xəbər verir ki, tamaşa türkiyəli yazıçı-dramaturq Cahit Atayın eyniadlı pyesi əsasında hazırlanıb.
Səhnə əsərinin quruluşçu rejissoru və Azərbaycan dilinə tərcümə edən Əməkdar artist Xəzər Gəncəli, rejissor assistenti Zəmanə Dərvişdir.
Quruluşçu rəssamları Səyyat Məmmədov, Aysan Omarova və butafor-rəssamı Samir Həsənovdur.
Rolları aktyorlar Vüsal Hüseynov, Sərdar Rüstəm və Rüfət Ömər ifa edirlər.








