Zaxarova: Rusiya Yaponyaya cavab verəcək
Moskva Yaponiyanın sanksiyalarına cavabsız qalmayacaq və adekvat tədbirlər görəcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Yaponiyanın dostyana olmayan addımları cavabsız qalmayacaq, lakin Rusiyanın cavabı düşünülmüş və milli maraqlara əsaslanan olacaq.




