Dünya

Braziliya prezidenti: Tramp özünü dünya imperatoru kimi aparmamalıdır

18 sentyabr / 10:16 1 dəq
Brazilya prezidenti
18 sentyabr / 10:16
Burada sizin reklamınız ola bilər

“ABŞ prezidenti Donald Tramp özünü dünyanın imperatoru hesab etməkdən əl çəkməli və digər ölkələrlə sivil dialoq aparmalıdır”.

Bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva BBC-yə müsahibəsində deyib.

“Mənim Trampla münasibətim yoxdur. Çünki Tramp ilk dəfə seçiləndə prezident deyildim. Onun Braziliya ilə deyil, (2019-2022-ci illərdə Braziliya prezidenti olmuş Jair) Bolsonaro ilə münasibəti var”, – o deyib.

O bildirib ki, Tramp və onun administrasiyası Braziliya mallarına rüsumlar tətbiq edərkən, Braziliya ilə sivil bir şəkildə əlaqə saxlamayıb və o, rüsumlarla bağlı qərarı sosial şəbəkədəki səhifəsində yerləşdirib.

Paylaş
Burada sizin reklamınız ola bilər