Hadisə

Azərbaycan Prezidenti “Qarabağ” FK-nu təbrik etdi

17 sentyabr / 22:51 1 dəq
Qarabag fk
17 sentyabr / 22:51
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunu təbrik edib.

Bu barədə Azərbaycan dövlət başçsının “X” hesabında paylaşım edilib.

“Qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.

“Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir.

Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur.

Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm”, – paylaşımda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər