Hadisə

Zelenski: Ukrayna Rusiyaya qarşı bəzi yüksək nəticəli əməliyyatlar keçirib

17 sentyabr / 19:53 1 dəq
Zelenski
17 sentyabr / 19:53
Burada sizin reklamınız ola bilər

Rusiya Ukraynaya hücum üçün dörd əsas istiqamət seçib: Sumı, Novopavlovsk, Pokrovsk və Zaporojye istiqaməti.

Qerbxeber.com bildirir ki, bu barədə APA“Unian“a istinadən xəbər yayıb.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Sumı əməliyyatı uğursuzluğa düçar olub, Rusiya böyük itkilər verib: “Rusiya Sumı istiqamətində irəliləməkdən imtina etib və qüvvələrini daha da böyük itkilər verdiyi başqa bir istiqamətə köçürüb”.

Zelenski qeyd edib ki, Rusiya Ukraynanın enerji və nəqliyyat infrastrukturuna hücumlarını davam etdirəcək.

Ukrayna lideri əlavə edib ki, Ukrayna bəzi əməliyyatlar keçirib, nəticələri çox yaxşıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər