Nepal tarixinin ilk qadın Baş naziri o oldu..
Nepalın sabiq Ali Məhkəmə sədri Suşila Karki ölkədə baş verən kütləvi etirazlar fonunda əvvəlki baş nazir Şarma Olinin istefasından sonra müvəqqəti hökumətin rəhbəri postuna and içib.
Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, andiçmə mərasimi Katmandudakı Prezident sarayında baş tutub və o, Nepal tarixində hökumətə rəhbərlik edən ilk qadın olub.
Suşila Karki 2016-2017-ci illərdə Nepal Ali Məhkəməsinin sədri olub və bu vəzifəni tutan ilk qadın kimi tarixə düşüb. O, məhkəmə sistemində korrupsiyaya qarşı mübarizə təşəbbüslərinin qətiyyətli tərəfdarı kimi tanınır.




