Dünya

Saakaşvili “Vahid Milli Hərəkat”çıların həbsinə sərt reaksiya verdi

12 sentyabr / 20:08 3 dəq
Saakaşvili
12 sentyabr / 20:08
Burada sizin reklamınız ola bilər

“Levan Xabeişvilinin və Murtaz Zodelavanın həbsi kriminal rejimin son dərəcə panikası və acizliyinin ifadəsidir”.

Qerbxeber.com  Gürcüstan mediasına istinadən xəbər verir ki, bu sözlərlə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bu gün DTX tərəfindən qurucusu olduğu “Milli Hərəkat” partiyasının liderlərindən biri Levani Xabeişvili və Murtaz Zodelavanın saxlanılmasına münasibət bildirib.

Onun sözlərinə görə, indi ümummilli səfərbərlik və hücuma keçid vacibdir.

Diktator İvanişvili hiyləgərcəsinə müxalifətin əsl liderlərini Levani Xabeişvili və Murtaz Zodelavanı həbs etdi. Bu, kriminal rejimin son dərəcə panikası və acizliyinin ifadəsidir. Onların tutulmasına səbəb olan o rüsvayçı, miskin motivlərdən danışmıram belə. Bizə ümummilli səfərbərlik və hücuma keçmək lazımdır. Mütləq qalib gələcəyik! Yaşasın Gürcüstan!”, – deyə Mixeil Saakaşvili yazıb.

Qeyd edək ki, bu gün, 11 sentyabr Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, “Milli Hərəkat”ın liderlərindən biri Levani Xabeişvili məmurlara rüşvət kimi pul vəsaiti vəd etməsi faktına görə saxlanılıb. DTX-nin açıqlamasında qeyd olunub ki, “Levan Xabeişvilinin hərəkətində Cinayət Məcəlləsinin 339-cu maddəsinin ikinci hissəsi ilə nəzərdə tutulan bütün cinayət tərkib əlamətləri aşkar edilib və o, hakim qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb”. Bildirilib ki, sözügedən maddə 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Həmçinin, DTX müxalif siyasətçi Murtaz Zodelavanın da saxlanılmasını təsdiqləyib. Qurumun keçirdiyi brifinqdə izah olunub ki, Murtaz Zodelava qaçmağa cəhd edib, bu zaman Antikorrupsiya Agentliyinin əməkdaşlarına fiziki müqavimət göstərib və onlardan birinə zor tətbiq edib. Qurumun açıqlamasına görə, Zodelavanın hərəkəti Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə tövsif edilir ki, bu da 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Paylaş
Burada sizin reklamınız ola bilər