Dünya

Zelenski: Putinə müharibəni dayandırmaq üçün Ukrayna torpaqlarından pay verməyəcəyik

12 sentyabr / 19:52 1 dəq
Zelenski unufirmda
12 sentyabr / 19:52
Burada sizin reklamınız ola bilər

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya hər hansı ərazi güzəşti ideyasını növbəti dəfə kəskin şəkildə rədd edib.

Qerbxeber.com xəbər verir ki, Zelenski bəyan edib : “Putinə müharibəni dayandırmaq üçün bu və ya digər Ukrayna torpaqlarını vermək?! Bu baş verməyəcək. Bu, həll yolu deyil. Bu, pauzadır. 2008-ci ildə Gürcüstanda, 2014-cü ildən sonra isə Krım və Donetskdə olduğu kimi…”

Onun fikrincə, Ukraynaya “müvəqqəti sükunət” lazım deyil, ölkənin təhlükəsizliyini təmin edəcək zəmanətə ehtiyac var. Zelenski hesab edir ki, mümkün sazişdə Rusiya üçün məsuliyyət nəzərdə tutmalıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər