Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Tramp İsrailin zərbələrindən sonra Netanyahu və Qətərin rəhbərliyi ilə danışıb

9 sentyabr / 22:45 2 dəq
Tramp
9 sentyabr / 22:45
Burada sizin reklamınız ola bilər

İsrail hərbçilərinin Qətərin paytaxtında radikal Fələstinin HƏMAS hərəkatının rəhbər üzvlərinə hücumu yəhudi dövlətinin və ABŞ-ın məqsədlərinə nail olmağa kömək etmir.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Suveren dövlət və ABŞ-ın yaxın müttəfiqi olan, sülhə nail olmaq üçün bizə böyük səylər göstərən və cəsarətlə risk götürən Qətəri birtərəfli bombardman etmək nə İsrailin, nə də Amerikanın məqsədlərinə xidmət etmir”, – deyən Ağ Evin mətbuat katibi əlavə edib ki, zərbədən sonra ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

“Prezident Qətərin əmiri və baş naziri ilə də söhbət edib, onlara ölkəmizə göstərdikləri dəstəyə və dostluğa görə təşəkkür edib. Onları əmin edib ki, ölkə ərazisində bir daha belə hal baş verməyəcək”, – Karolin Levitt bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Qətəri İsrailin Dohada “HƏMAS” rəhbərliyinə qarşı hava hücumu planlaşdırması barədə əvvəlcədən məlumatlandırıb.

Xatırladaq ki, İsrailin Dohaya hücumunda 6 nəfər ölüb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı