Zelenski və NATO Baş katibi Ukraynaya təhlükəsizlik təminatını müzakirə ediblər
NATO Baş katibi Rutte ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Qerbxeber.com xəbər verir ki, bu barədə Zelesnki özünün “X” hesabında məlumat yayıb.
“Ukrayna üçün təhlükəsizlik zəmanətləri mövzusunda daha cəld hərəkət etmək vacibdir. Biz həqiqi diplomatiya üçün koordinasiyanı davam etdiririk. Putin özünü elə aparır ki, guya ona sülh, danışıqlar lazım deyil. Amma əslində qlobal təzyiq Rusiyanın müharibəni bitirməkdə marağını formalaşdıra bilər. Kömək edən hər kəsə təşəkkür edirəm”,- Ukrayna lideri ifadə edib.




