Dünya

Rutte: Ukraynanın təhlükəsizlik təminatı barədə edəcəyimiz hərəkətlər aydınlaşacaq

3 sentyabr / 13:36 1 dəq
Rutte
3 sentyabr / 13:36
Burada sizin reklamınız ola bilər

Sabah  Zelenski ilə planlaşdırılan görüşdən qısa müddət sonra Ukraynanın təhlükəsizlik zəmanətləri barədə konkret olaraq nə edəcəyimiz məsələsi aydınlaşacaq.

Qerbxeber.com xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Estoniya Prezidenti Alar Karislə birgə mətbuat konfransında deyib.

“Hazırda bununla bağlı iş gedir. Əgər Zelenski və Putin arasında hər hansı bir görüş baş verəcəksə, Ukraynanın təhlükəsizlik zəmanətlərinin aydınlaşması çox mühümdür”, – Mark Rutte vurğulayıb.

Qeyd edək ki, sentyabrın 4-də Fransanın paytaxtı Parisdə Ukrayna prezidentli Volodimir Zelenski və Avropa rəsmiləri arasında görüş keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər