Sergey Lavrov: Qərb ölkələri birbaşa şantaj əl atır
Qərb ölkələri çoxqütblü dünyanın formalaşmasının qarşısını almaq üçün birbaşa şantaja əl atır.
Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mətbuata müsahibəsində deyib .
“Qərb ölkələri çoxqütblü dünyanın formalaşmasının qarşısını almağa çalışırlar. Onlar danışıqlara, ədalətli rəqabət metodlarına deyil, birbaşa şantaj, təzyiq, sanksiyalara əl ataraq, öz dominantlıqlarını qorumağa çalışırlar”, – Rusiya XİN rəhbəri qeyd edib .
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Avropa “sakitləşmir” və Rusiya və ABŞ-ın Ukraynadakı münaqişəni sülh yolu ilə həll etmək səylərinə mane olmaqda davam edir.
Kreml nümayəndəsi qeyd edib ki, avropalılar Kiyevi “tamamilə absurd barışmazlıq xəttini davam etdirməyə” təşviq edirlər.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı