Belçika Ukrayna üçün 100 milyon avro ayırdı
Belçika hökuməti Ukraynaya dəstək çərçivəsində ABŞ-dən silah alınması üçün 100 milyon avro vəsait ayırıb.
Qerbxeber.com xəbər veir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost Kopenhagendə keçirilən Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə jurnalistlərə açıqlama verib.
Nazir bildirib ki, bu məbləğ Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun hərbi texnikanın alınmasına yönəldiləcək və ABŞ-dən birbaşa silah tədarükü proqramı vasitəsilə reallaşacaq.
Qeyd edək ki, Belçika bu qərarı Aİ daxilində Ukraynaya hərbi dəstəyin artırılması çağırışlarının fonunda qəbul edib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı