Rusiya Ukraynanın hərbi və sənaye obyektlərini vurdu
Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi və sənaye infrastruktur obyektlərinə güclü hücum həyata keçirib.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Mash” nəşri məlumat yayıb.
Məlumata görə, əməliyyatda qanadlı raketlər, PUA-lar və strateji aviasiyalardan istifadə olunub.
Mənbələrə görə, beş Tu-95MS bombardmançı təyyarəsi və bir Tu-160 raket daşıyıcısı havaya qalxıb. Zərbə üçün “İskəndər-M“ və “İskəndər-K” sistemləri, “Kalibr“ dəniz bazalı raketləri, Kh-101 raketləri və yüzdən çox “Geran-2“ pilotsuz uçuş aparatı istifadə edilib.
Hücum xüsusilə Dnepropetrovskda intensiv olub – 15 dəqiqə ərzində şəhərə ən azı on raket atılıb.
İtki və dağıntı barədə dəqiq məlumat verilməyib.



