Dünya

Ukrayna “Raşizm”i tanıyan və tanımlayan qanun qəbul edib

29 avqust / 23:11 1 dəq
Zelenski yeni
29 avqust / 23:11
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Vladimir Zelenski “Raşizm” termininin tərifini hüquqi müstəvidə təsbit edən qanun layihəsini imzalayıb.

Qerbxeber.com APA-ya istinadla xəbər verir ki, Zelenskinin imzaladığı “Ukrayna xalqının milli yaddaşının dövlət siyasətinin əsasları haqqında” qanun tarixi yaddaşın qorunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini təsbit edir.

Qanunda ilk dəfə olaraq dövlət səviyyəsində bir sıra anlayışların tərifi verilir.

Bunların sırasında “Ukraynanın müstəqilliyi uğrunda müharibə”, “milli yaddaş”, “tarixi anti-Ukrayna təbliğatı”, “Ukrayna xalqına qarşı cinayətlər” kimi terminlər var.

Bununla yanaşı, “Raşizm” termininin rus şovinizmini, imperializmini, kommunizm və nasizm təcrübələrini birləşdirən hibrid totalitar ideologiya kimi tərifi təsbit edilir.

Qeyd edək ki, Ukrayna xalqı və rəsmiləri Rusiyanın əməllərini raşizm adlandırır.

Paylaş
Burada sizin reklamınız ola bilər