Bölgə xəbərləri

Azərbaycan çempionatı: Tovuzun “Turan” klubu “Neftçi”ni məğlub etdi

29 avqust / 23:04 1 dəq
Img 5377
29 avqust / 23:04
Burada sizin reklamınız ola bilər

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Qerbxeber.com xəbər verir ki, “Neftçi” öz meydanında “Turan Tovuz”la üz-üzə gəlib.

Görüş bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Turan Tovuz”un qolunu 6-cı dəqiqədə Roberto Olabe vurub.

“Ağ-qaralar” matçın 56-cı dəqiqəsində İqor Ribeyronun qırmızı vərəqə alması ilə azlıqda qalıb.

Bununla da Kurban Berdıyevin komandası xallarının sayını 6-ya çatdıraraq 2-ci pilləyə yüksəlib. Samir Abasovun rəhbərlik etdiyi kollektiv 2 xalla 8-cidir.

Qeyd edək ki, tura avqustun 31-də yekun vurulacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər