Siyasət

Bu dəfə heç kim bizi dayandıra bilməyəcək – Ərdoğan

26 avqust / 14:20 1 dəq
ərdoğanq
26 avqust / 14:20
Burada sizin reklamınız ola bilər

“Terrorsuz Türkiyə” prosesini uğurla sona çatdıracağıq, heç kim bunun qarşısını ala bilməyəcək”.

Qerbxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird döyüşünün 954-cü ildönümü ilə əlaqədar çıxışında deyib.

“Nifaq divarlarını yıxmaq üçün başlatdığımız “Terrorsuz Türkiyə” prosesində qısa müddətdə əhəmiyyətli irəliləyiş əldə etmişik. Bütün qurumlarımız öz işlərini zərgər dəqiqliyi ilə həyata keçirirlər. Millətimiz əxlaqsız gündəmlərlə prosesi zəhərləməyə çalışanları nəzərə alır. Nə edirlər-etsinlər, bu dəfə bacarmayacaqlar. Bu dəfə heç kim bu ümid havasının qarşısını ala bilməyəcək”, – prezident vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər