İdman

Premyer Liqa: “Zirə” Qəbələdən qələbəylə qayıtdı

25 avqust / 21:04 1 dəq
50df60d8 7f7b 3f9f 923b dd5dd8958f7b 850
25 avqust / 21:04
Burada sizin reklamınız ola bilər

Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Qerbxeber.com xəbər verir ki, turun sonuncu oyunu “Qəbələ” və “Zirə” komandaları arasında keçirilib.

Qəbələ şəhər stadionunda təşkil olunan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada hesabı 18-ci dəqiqədə “qırmızı-qaralar”ın oyunçusu Nicat Əliyev açıb.

“Qartallar”ın heyətində Ceyhun Nuriyev 31-ci dəqiqədə hesabı bərabərləşdirib, 45+1-də isə komandasını hesabda önə keçirib.

Bununla da xallarının sayını 4-ə çatdıran “Zirə” 4-cü sırada yüksəlib. “Qəbələ” 1 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında növbəti turun oyunları 29, 30 və 31 avqust tarixlərində keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər