Dünya

Ukrayna Putinin qohumlarına sanksiya tətbiq edəcək

23 avqust / 22:23 1 dəq
Zelenski yeni 1
23 avqust / 22:23
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodmir Zelenski rusiyalı həmkarı Vladimir Putinin qohumlarına qarşı Kanada sanksiyası paketini sinxronlaşdırıb.

Qerbxeber.com xəbər verir ki, məlumatı Ukrayna mediası yayıb.

Söhbət Putinin qohumlarının da daxil olduğu 74 nəfərlik siyahıdan gedir. Burada Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya və onun hazırki əri Artur Oçeretnı, Putinin əmisi oğlu Mixail Putin, Putinin qardaşı oğlu Mixail Şelomov, Putinin qızının keçmiş əri İqor Zelenskinin də adları var.

Paylaş
Burada sizin reklamınız ola bilər