Zelenski: Pokrovskidə mövqelərimizə soxulan işğalçılar məhv edilib
Ukrayna hərbçiləri mövqelərin dərinliklərinə soxulan işğalçı qrupları demək olar ki, tamamilə məhv edib.
Qerbxeber.com bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Cəbhənin real vəziyyəti. Pokrovsk istiqamətində mövqelərimizə soxulan işğalçıları məhv edirik. Onların demək olar ki, 100%-i məhv edilib”, – Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya ordusu Zaporojye istiqamətində qüvvələrini genişləndirir:
Zaporojyedə düşmən öz qüvvələrini artırır. Görürük ki, onlar qoşunların bir hissəsini Kursk istiqamətindən Zaporojyeyə köçürməyə davam edirlər. Oradakı mövqelərimiz itirilməyib”.




