Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

ABŞ və Avropa Ukrayna ilə bağlı hərbi variant hazırlayır

21 avqust / 19:35 2 dəq
Avropa abŞ
21 avqust / 19:35
Burada sizin reklamınız ola bilər

Birləşmiş Ştatlar və bir sıra Avropa ölkələri Ukraynadakı münaqişənin nizamlanması məqsədilə mümkün hərbi əməliyyat ssenarilərini hazırladıqlarını açıqlayıblar.

Qerbxeber.com xəbər verir ki, Qərb tərəfi bu addımın danışıqları dəstəkləməyə və regionda sülhün təmin edilməsinə yönəldiyini bildirir.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatda bildirilir ki, avqustun 19–20-də Vaşinqtonda Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Ukrayna və ABŞ nümayəndələri, eləcə də NATO-nun Avropadakı Ali Baş Komandanı ABŞ generalı Aleksus Qrinkeviçin iştirakı ilə görüş keçirilib.

“Baş Qərargah rəisləri danışıqları dəstəkləmək və Avropada birgə sülhü təmin etmək üçün hərbi əməliyyat variantları hazırlayıblar”, – deyə bəyanatda vurğulanır.

Sənəddə qeyd olunur ki, bu variantlar diplomatik səylərlə paralel şəkildə nəzərdən keçirilmək üçün aidiyyəti ölkələrin milli təhlükəsizlik müşavirlərinə təqdim ediləcək: “Danışıqlar davam etdikcə planlaşdırma və koordinasiya prosesi də davam etdiriləcək”.

Bəyanatda konkret hansı hərbi variantların nəzərdə tutulduğu açıqlanmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı