yalı nazır: BritaniUkrayna və Rusiya arasında sülh heçvaxt olmadığı qədər yaxındır
“Ukrayna və Rusiya arasında sülh genişmiqyaslı müharibənin başlanmasından bəri heç vaxt olmadığı qədər yaxındır”.
Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın təhlükəsizlik naziri Den Jarvis deyib.
“Düşünürəm ki, Alyaska sammiti (ABŞ və Rusiya prezidentlərinin görüşü – red.) hadisələri irəli aparmaq üçün çox faydalı oldu. Məncə, bu, mühüm məqamdır. Biz sülhə uzun müddət ərzində heç vaxt olmadığı qədər yaxınıq”, – o bildirib.
Jarvis əmindir ki, Ukraynadakı müharibə ilə bağlı vəziyyət dönüş nöqtəsinə çatıb və hərbi əməliyyatların dayandırılması şansı Rusiya işğalı başlayandan bəri ən yüksək həddədir.




