Dünya

Zelenski Trampla Ukraynaya veriləcək təhlükəsizlik zəmanətini müzakirə edib

19 avqust / 10:21 1 dəq
Ame avr
19 avqust / 10:21
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşündə ölkəsi üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması məsələsini müzakirə edib.

Qerbxeber.com APA -ya istinadən xəbər verir ki,  Zelenski, bu barədə  Ağ Evdə Donald Trampla Avropa liderləri arasında keçirilən görüşdə danışıb.

Ukrayna Prezidentinin sözlərinə görə, görüşdə həmçinin humanitar məsələlər də diqqət mərkəzində olub.
Daha sonra Avropa liderlərinin də iştirak etdiyi genişləndirilmiş formatda müzakirələr aparılıb.

“Bu, çox yaxşı müzakirə oldu. Biz çox həssas məsələləri müzakirə etdik. İlkin olaraq müzakirə olunan mövzu təhlükəsizlik zəmanətləri haqqında idi. ABŞ-ın belə siqnal göndərməsi və zəmanətlər verməsi son dərəcə önəmlidir”, – deyə Zelenski bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər