Bölgə xəbərləri

Qazaxda baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb

11 mart / 14:05 1 dəq
C9368c50 3828 4b90 885a ab9918a4bec4
11 mart / 14:05
Burada sizin reklamınız ola bilər

Qazaxda ölümlə nəticələnən yol qəzası ilə bağlı ibtidai istintaq aparılır.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı çay evinin müştərilərini vurması nəticəsində 4 nəfər – sürücü, 85 yaşlı Bəhrəmquliyev Osman İsmayıl oğlu və çay evindəki daha 3 müştəri xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə zamanı xəsarət alan 88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı