Maraqlı

Bloklanmış Çəki: Niyə dayanırıq və Necə davam edək?- ELNUR NEMƏTOVDAN dəyərli tövsiyələr

12 avqust / 21:24 3 dəq
Elnur123
12 avqust / 21:24
Burada sizin reklamınız ola bilər
Bəzən arıqlama prosesinə böyük həvəs və motivasiya ilə başlayırıq. İlk həftələr tərəzidə rəqəmlər azalır, bədən ölçüləri dəyişir, paltarlar əynimizə boşalır, güzgü dostumuza çevrilir.
Amma bir müddət sonra hər şey dayanır – nə tərəzidəki rəqəmlər dəyişir, nə də bədən ölçüləri.
Bu vəziyyət “bloklanmış çəki” adlanır.
Bunun səbəbini bəzən tənbəl həyat tərzində və ya motivasiya çatışmazlığında axtarırıq. Amma əslində bu, bədənin tənbəlliyi deyil, onun özünü qoruma mexanizmidir.
Bu mexanizm necə işə düşür?
Uzun müddət aşağı kalorili qidalanma və artan fiziki aktivlik orqanizmə “enerji azdır” mesajı verir.
Bədən dərhal müdafiəyə keçir: metabolizmanı yavaşladır, yağ yandırma sürətini azaldır.
Orqanizm öz “təhlükəsiz zonası”nı müəyyən edir və həmin çəkini qorumaq üçün bütün resurslarını işə salır.
Bir sözlə, bloklanmış çəki adətən uzun müddətli kalori azlığına bədənin uyğunlaşması və nizamsız ac qalma nəticəsində maddələr mübadiləsinin yavaşlaması ilə yaranır.
Bəs bu vəziyyətdə nə etmək lazımdır? Bloklanmış çəkidən necə çıxmaq olar?
Məsələ yalnız pəhrizi dəyişməkdə deyil. Burada “düzgün qida zənciri” prinsipi əsas rol oynayır.
Qida zənciri – bədənin gün ərzində aldığı qidaların və qida maddələrinin düzgün müəyyən olunmuş sıra və kombinasiyasıdır.
Bu zəncirdə əsas məqamlar:
1. Doğru ardıcıllıq – səhər, günorta və axşam qəbul edilən qidaların tərkibi və payı balanslı olmalıdır.
2. Enerji axını – bədən gün ərzində nə yandıracağını, nəyi saxlayacağını “bilir”, ona doğru siqnallar ötürmək lazımdır.
3. Adaptasiya mərhələləri – bədəni birdən-birə məhrum etmək əvəzinə, kiçik və davamlı dəyişikliklərlə öyrətmək.
Bu üç məqamı düzgün dəyərləndirib tətbiq etsək, bədənimiz “blokdan çıxar” və arıqlama prosesi yenidən hərəkətə gələr.

Tövsiyə:

Bloklanmış çəki son deyil, sadəcə bədənin siqnalıdır. Ruhdan düşmədən planınızı elmi əsaslarla yenidən qurun, mütəxəssis tövsiyələrindən yararlanın və bədəninizə adaptasiya üçün zaman verin.

Dəyişiklik qaçılmazdır – siz davam etdikcə, nəticə özü gələcək!

Paylaş
Burada sizin reklamınız ola bilər