Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Erməni müxalifəti Vaşinqton sazişinə qarşı çıxdı

12 avqust / 15:30 2 dəq
Sarkisyan
12 avqust / 15:30
Burada sizin reklamınız ola bilər
Ermənistanın Respublika Partiyası Vaşinqtonda imzalanan sənədlə bağlı bəyanat yayıb.
Bu barədə Bakupost.az  erməni KİV-ə istinadən xəbər yayıb.
Bəyanatda qeyd edilir ki, imzalanan sənəd kapitulyasiya xarakteri daşıyır və Ermənistanın maraqlarını nəzərə almır.
Partiya iddia edib ki, memorandum Artsaxda “etnik təmizləmə”ləri legitimləşdirir, erməni əsirlərin azad edilməsini nəzərdə tutmur, ölkənin təhlükəsizliyinə zəmanət vermir və erməniləri geri qayıtmaq hüququndan məhrum edir. Xüsusi narazılığa səbəb isə ATƏT-in Minsk qrupunun faktiki olaraq buraxılmasına razılıq olub.
Bəyanatda vurğulanır ki, hazırkı hakimiyyətin birtərəfli güzəştlər kursu Ermənistanın suverenliyini və hərbi-siyasi tarazlığını sarsıdır, onun təhlükəsizliyini təhdid edir:
“Partiya bütün erməni əsirlərinin prioritet olaraq azad edilməsini, Azərbaycan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını, ermənilərin geri qayıtmaq hüququnun təsbit edilməsini və beynəlxalq səviyyədə tanınmış təhlükəsizlik zəmanətlərinin əldə olunmasını tələb edir”.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı