Bölgə xəbərləri

Şəmkirdə avtomobil ağaca çırpılıb

10 mart / 11:59 1 dəq
56691c5b 92fa 4b3a b41c d76bb276453d
10 mart / 11:59
Burada sizin reklamınız ola bilər

Bakı-Qazax avtomobil yolunda qəza baş verib.

Hadisə magistral yolun Şəmkir rayon Sarıtəpə kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım avtomobili ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Onların hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralıların kimliyi dəqiqləşdirilir.

Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər