Zaxarova: Sandu Saakaşvilidən daha pis örnək olacaq
Moldova Prezidenti Maya Sandu ölkə üçün Mixail Saakaşvilinin daha pis təcəssümü olacaq.
Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Qaqauziya Kişinyov məhkəməsinin Qutsul ilə bağlı hökmünü tanımır, muxtariyyət parlamenti bununla bağlı müvafiq qətnamə qəbul edib. Sandu – növbəti Saakaşvilidir, amma daha pisi…”, – deyə Zaxarova Teleqramda yazıb.
Qeyd edək ki, Moldova məhkəməsi Qaqauziya lideri Yevgeniya Qutsulu 7 il müddətinə azadlıqdan məhrum edib.




