Maraqlı

Meyvə – Sağlamlıq və Arıqlamanın Gizli Açarı-ELNUR NEMƏTOV dan faydalı TÖVSÜYYƏLƏR

7 avqust / 11:36 4 dəq
Elnur123
7 avqust / 11:36
Burada sizin reklamınız ola bilər
Bildiyimiz kimi, meyvə sağlam qidalanmanın ayrılmaz hissəsidir. Onun vitamin, mineral, antioksidant və liflə zəngin olduğunu çox eşitmişik.
Diqqət yetirsək “Səmavi kitablar”da belə meyvə – bərəkət, paklıq, həyatın gözəlliyinin simvolu, insanın daxili saf niyyətlərinin, doğru əməllərinin göstəricisi, yaradılışın başlanğıcından bəşərə verilmiş təmiz, təbii bir qida və nemət kimi göstərilir.
Deməli, meyvə sadəcə qida deyil, həm də insanın ruhu və bədəni üçün enerji mənbəyidir. Lakin hər bir nemət kimi, meyvənin də doğru istifadəsi vacibdir.
Bəzən arıqlamağa başlayanda düşünürük ki, meyvə liflərlə zəngindir, istədiyimiz qədər və günün istənilən saatında, yeməkdən əvvəl və ya sonra yesək, çəki atmağa dəstək olar.
Bu, həqiqətən belədir?
Meyvə hansı hallarda daha faydalı sayılır?
İstifadəsinə görə ən faydalısı – təzə meyvədir.
Dondurulmuş meyvədə vitaminlərin çoxu qorunur.
Qurudulmuş meyvədə enerji çoxdur, lakin miqdara diqqət edilməlidir.
Bişirilmiş meyvədə xüsusilə C vitamini və bəzi antioksidantlar azalır.
Meyvə şirəsi – təbii olsa belə, tez-tez içmək məsləhət deyil. Lif bədən üçün çox vacibdir və arıqlamada əsas rol oynadığından, təzə sıxılmış şirə əvəzinə meyvəni bütöv şəkildə yemək daha xeyirlidir.
Gəlin, yeməkdən əvvəl və sonra meyvə qəbulunun bədənə təsirinə baxaq.
  • Meyvələr liflə zəngin olduğundan, yeməkdən əvvəl qəbul olunduqda həzm sistemini işə salır, mədənin fəaliyyətini yaxşılaşdırır və qidanın rahat həll olunmasına kömək edir.
  • Şişkinlik və qaz yaratmır, əksinə həzmi yüngülləşdirir.
  • İştahı azaldır, toxluq hissi yaradır və sonrakı yeməkdə artıq kalori qəbulunun qarşısını alır.
  • Meyvədəki təbii şəkər (fruktoza) qanda yavaş-yavaş yüksəlir, bu da insulin səviyyəsində kəskin sıçrayış yaratmır.
  • Yeməkdən dərhal sonra meyvə yemək bəzi hallarda xoşagəlməz təsirlərə səbəb ola bilir.
  • Meyvə sürətlə həzm olunan qida olduğu üçün əsas yeməkdən sonra yeyildikdə mədədə digər ağır qidaların arxasında qalır, bu səbəbdən həzm prosesi yavaşlaya və çətinləşə bilər.
Meyvənin mədədə qalma müddəti uzandıqda, xüsusilə həssas mədə və ya həzm problemi olan insanlarda qıcqırma baş verir, nəticədə qaz, şişkinlik və narahatlıq hissi yaranır.
Yeməkdən sonra qanda artıq enerji varsa, meyvədən gələn fruktoza daha asan piy kimi depolanır.
Şəkərin piyə çevrilməsi riski artır.
Yadda saxlayaq:
Hər bir qidanın, hətta ən faydalısının belə çox və nizamsız qəbulu bir çox hallarda çəki artımı və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Ona görə də qidanı düzgün miqdarda, doğru vaxtda, balanslı şəkildə qəbul etmək sağlamlığın qorunmasının əsas şərtidir.
Meyvəni isə ya yeməkdən 30 dəqiqə əvvəl, ya da yeməkdən 1,5–2 saat sonra yemək daha uyğundur.
Tövsiyə:
Seçimimizi mövsümi meyvələrdən etsək, daha düzgün olar. Onlar həm daha çox vitamin saxlayır, həm də bədənə uyğun təsir göstərir.
Meyvəni doğru zamanda, sevərək və ölçülü şəkildə qəbul etsək, həm ruhumuz, həm də bədənimiz bu nemətin faydasını görəcək.
Paylaş
Burada sizin reklamınız ola bilər